2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkədən ixrac olunan mallara 72 554 mənşə sertifikatı verib.
Bu barədə Dövlət Xidmətinin məlumatında bildirilir.
Məlumata görə, bu, 2022-ci illə müqayisədə 18.7% çoxdur.