“MİDA” MMC “Enerji Qrup” MMC ilə 4.5 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Şirvan şəhəri, Naxçıvan küçəsində 8,11 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksində ərazinin şaquli planlaşdırılması, yollar və səkilər, abadlaşdırma və ərazinin yaşıllaşdırılması işlərinin satınalınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 4 465 811.98 AZN təşkil edir.