Rusiya Mərkəzi Bankı rublun dollara qarşı rəsmi kursunu 60 qəpik qaldırdıqdan sonra 1 dollar 70,83 rubla bərabər olub. 1998-ci ildə rubl denominasiya olduqdan sonra hələ Rusiya valyutası dollar qarşısında belə ucuzlaşmamışdı.
Buna qədər Rusiya valyutasının ən aşağı kursu 2015-ci il avqustun 25-də 1 dollara qarşı 70,74 rubl olub.
Avro da bahalaşaraq 78 rubla bərabər olub.
Ötən gün neftin 37 dollardan aşağı qiymətə düşməsi rublun kəskin ucuzlaşmasına səbəb olub.
modern.az