13 C
Baku
Friday, November 22, 2024

BVF Argentinaya 4.7 mlrd. dollar kreditin ayrılmasını təsdiqləyib

Beynəlxalq Valyuta Fondu (BVF) Argentina prezidenti Xavyer Miley hökumətinə 4.7 milyard dollar vəsaitin ayrılmasını təsdiqləyib, “Bloomberg” BVF-nin yanvarın 31-də keçirilən kollegiya iclasından sonra verdiyi bəyanata istinadən xəbər verir. Təsdiq edilmiş ödənişlər 44 milyard dollarlıq yenidən maliyyələşdirmə proqramının bir hissəsidir, agentlik yazır. Qeyd edək ki, Argentina fondun ən böyük borc alan ölkəsidir.

“Bildirmək istərdik ki, genişləndirilmiş kredit proqramının nəzərdən keçirilməsi çərçivəsində BVF ilə razılığa gəlmişik. Bu, yeni razılaşma deyil, hədəflərə çatmamağımız səbəbindən qüvvədə olan əvvəlki razılaşmadır”, – ölkənin iqtisadiyyat naziri Luis Kaputo söyləyib.

BVF bildirib ki, müzakirə olunan tranş “yeni hakimiyyətin makroiqtisadi sabitliyi bərpa etmək üçün qətiyyətli səylərini dəstəkləmək məqsədilə nəzərdə tutulub”. “Sabitliyə aparan yol çətin olsa da və şərtlər daha da pisləşsə də, böhranın kəskinləşməsinin qarşısını almaq üçün ilk addımlar uğurlu olub”, – fond bildirib. BVF-nin məlumatına görə, Argentina hökuməti bu il “ÜDM-in 2%-i həcmində ilkin profisit əldə etməyi” planlaşdırır. 2023-cü ilin noyabrına qədər Argentinada ÜDM-in 1.7%-i həcmində kəsir olub.

Dekabrın 10-da Xavyer Miley Argentina prezidenti vəzifəsinin icrasına başlayıb. O, dövlət başçısı kimi ilk çıxışında ölkədəki vəziyyəti kritik qiymətləndirib və iqtisadiyyatda şok tədbirlərinin görülməsinin vacibliyini bəyan edib. Libertar siyasətçi hökumətin minimal müdaxiləsinin tərəfdarıdır, inflyasiya ilə mübarizə üçün Argentina Mərkəzi Bankının ləğvini zəruri hesab edir, dövlət şirkətlərini özəlləşdirməyi vəd edir və dollara keçid imkanlarını istisna etmir.

Son xəbərlər
Digər xəbərlər