Müəllif: Elnur Quliyev ,filial müdiri , Bank Standard
Müasir insanın həyatını internetsiz təssəvvür etmək artıq qeyri-mümkündür. İnternetin üstünlüklərini sadalamaq fikrim yoxdu lakin tez-tez eşitdiyimiz “online” adlanan bir sistemin həyatımıza necə təsir etdiyini və bizə hansı biznes imkanlarını yaratdığı barədə mövzuya toxunmaq istərdim.
Diqqət etmisinizsə, gündəlik həyatımızda qarşımıza çıxan istənilən məhsulun və ya həmin məhsulu istehsal edən şirkətin internetdə saytını və ən azından facebook səhifəsini tapmadıqda artıq həmin məhsul və ya istehsalçısı barədə bizdə informasiya baxımından neqativ fikir yaradır. Bu faktoru eyni zamanda xidmət sektoruna da aid etmək olar. Xidmət sektorunda fəlaiyyət göstərən banklar, otellər, tədris kursları, restoranlar, informasiya agentlikləri və turizm şirkətlərini syat və ya facebook səhifəsiz təssəvvür etmək çətindi. Razılaşaq ki, bu artıq bizim üçün bir istehlakçı olaraq tələbə çevrilib.
Hazırda Azərbaycanda şəxsi biznesini qurmaq istəyən gənc sahibkarların böyük əksəriyyəti işini internet üzərindən qurmağa daha çox üstünlük verir. Səbəb aydındı, çünki ilk növbədə internetdə biznes qurmaq üçün ilkin kapital daha az tələb olunur. Həmçinin gənclər interneti daha yaxşı bildiklərindən burada biznesin daha asan qurulmasını və daha böyük alıcı kütləsini əhatə edəcəyini düşünürlər. İnternet üzərindən virtual satışı çox zaman e-biznes və ya onlayn biznes adlandırırıq. Təbiidir ki, onlayn biznesin ənənəvi alış-verişdən bir çox üstünlüklərinin olması pul qazanmaq istəyən insanların bu sahəyə marağının daha da artmasına səbəb olur. Qısa desək, artıq onlayn ticarət erasıdır və bu sektorda yer almaq vaxtı çoxdan çatıb.
İlk növbədə istərdim ki, onlayn biznesin bildiyimiz ənənəvi biznesdən əsas fərqlərinə diqqət yetirək. Razılaşaq ki, müqaisə etmədən hər hansı birninin üstünlüyü anlamaq mümkün deyi. Başlayaq!
Hazırda istənilən ənənəvi bizneslə məşğul olmaq üçün aşagıdakı faktorların olması vacib şərtdi:
- ƏLAQƏLƏR – mövcud şəraitdə istənilən biznesin yaradılması zamanı dövlət strukturlarında əlaqələrin olması əsas faktorlardan birinə çevrilib. Bu faktorun olması müvafiq qeydiyyat, icazə və ya lisenziyaların tez və burokratik əngəllərlə qarşılaşmadan alınmasında xüsusi rol oynayır;
- KAPİTAL – bu faktor biznes sektorundan aslı olaraq dəyişir lakin istənilən halda minmum kapital ilə yaxanızı qurtara bilməyəcəksiz;
- VAXT – biznesin təşkili və idarəsi mövcud mühitdə sahibkarın bütün vaxtını alır. Sahibkarlar çox zaman günüun 24 saatın işə sərf etməti və ya ilin bütün fəsilərində istirahətsiz işləməyə məcbur olurlar;
- KOMANDA – hər bir gəlir gətirən biznesi təkbaşına idarə etmək kifayət qədər çətindi və bir çox hallarda hətta mümükün deyil. Bu səbədən etibarlı və profesional kadrların olması biznesin fasiləsiz fəaliyyətinin təminatçısıdır.
Bəs onlayn biznesə başlamaq və gəlir əldə etmək üçün tələb olunan nədir? Bunun üçün cəmi iki faktorun olması yetərlidi:
- İnternet bizneslə məşğul olmaq istəyi və araşdırma aparmaq bacarığı
- Kompyuter və internetə çıxış
Biznesdə uğur qazanmaq üçün hamıdan ağıllı olmağa ehtiyac yoxdu, uğur sadəcə bunu hamıdan daha tez edənindir. Nəticədə müşahidə etdiyimiz faktorları müqaisə etdikdə onlayn bizneslə məşğul olan sahibkarların sayının durmadan artamsının əsas səbəblərini aydın şəkildə görürük. Bununla yanaşı onlayn biznesin əsas üstünlüklərinə bir daha nəzər yetirək:
- Azad iş qrafiki – bundan gözəl nə ola bilər? İş vaxtinizi özünüz müəyyən edir və tənzimləyirsiniz. Əminəmki, hər birimiz öz iş vaxımızın özümzdən aslı olmasını arzulayırıq. Lakin bu tip iş qrafikinin əsas prinsipi – nə qədər işləsəz bir o qədər də qazanacaqsız. Birbaşa gəlir ona sərf etdiyiniz vaxtın qədərindən aslıdır.
- Müstəqillik – heç kimdən aslı deyilsiz! İşinizin sahibi özünsüz! Uğur, reputasiya və gəlir yalnız sizdən aslıdı. Biznesdə müstəqillik həmçinin böyük məsuliyyət deməkdir.
- Minimum kapital qoyuluşu və xərclər – onlayın biznesdə qazanmaq üçün şirkət təsis etməyə, ofis icarəsinə, avadanlıq alınmasına və əlavə işçilərə (məs: mühafizəçi və ya xadimə) ehtiyac yoxdu. Bu faktor əsasən xidmət sektorunda: onlayn hüquqi, biznes və ya tibbi konsultasiya, reklamçılıq, İT xidmətləri, daşınmaz əmlakın alqa-satqısı və s kimi fəaliyyət növləri ilə məşğul olan sahibkarlar üçün xüsusilə vacibdir.
- Məkan məhdudiyyətinin olmaması – biznesinizi yerləşdiyiniz ölkə və ya şəhərədn aslı olmayaraq asanlıqla idarə edə bilərsiz. Onlayn rejimin yaratdığı bu imkan həmçinin eyni vaxtda bir neçə biznesin effektli idarəsini təmin etməkdə böyük rol oynayır.
- Əlavə gəlir mənbəyi – ixtisasınızdan və ya faktiki işlədiyiniz sektordan (dövlət və ya özəl) aslı olmayaraq e-bizeslə əlavə gəlir mənbəyi kimi də məşgul ola bilərsiz. Bu zaman əsas işinizdən ayrılmadan və sadəcə işdən sonraki vaxtızı öz biznesinizə sərf etməklə əlavə gəlirinizi təmin edə bilərisz.
- Yaş məhdudiyyətinin olmaması – onlayın biznesdə yaş məhdudiyəti heç vaxt olmayıb. Digər bizneslərdən fərqli olaraq burda istənilən yaş qrupunda: məktəbli, tələbə, təqaüdçü və ya hər hansı fizki qusuru olan şəxs məşğul ola bilər. Yetərki internetlə işləmək bacarığı olsun.
- Seçim imkanı – dünyada onlayn biznesin sektorlar üzrə müxtəlif növləri, xüsusiyyətləri, inkişaf dinamikasi ilə bağlı internetdə informasiya və statistik məlumatlar mövcuddur. Seçim imkanı kifayət qədərdir. Yeni ideya fikirləşmək üçün vaxt sərf etməyə ehtiyac yoxdu. Hazır informasiya bazasını analiz edərək istənilən seqment üzrə istiqamətlənmiş öz biznesinizi qura bilərsizniz. Yetərki axtarın!
- Təcrübə qaznmaq imkanı – İnternet açıq kitab kimidi: oxu, öyrən və tətbiq elə! Burda e-biznesi qurmağın yolları və necə idarə edilməsi ilə bağlı informasiya kifayət qədər var. Bir çox hallarda e-biznes ilə məşğul olan sahibkarlar bu sahədə öz təcrübələri ilə açıq şəkildə və təmannasız bölüşürlər. Virtual aləmdə uğur qazanmış biznesmenlərin təcrüblərindən istifadə edərək öz işinizdə tətbiq edə bilərsiz.
Unutmayaq ki, hər birinimizin son nəticədə istəyi məşğul olduğumuz fəaliyyət növündən aslı olmayaraq eynidi – özümüzə maddi cəhətdən təmin olunmuş həyatı qurmaqdır. Buna nail olmaq üçün zamanında etdiyimiz seçimlər və qərarlara diqqət etməliyik. Sonda məsləhətim: Sevdiyiniz işlə məşğul olun və sizin bir gün də olsa “iş günü”-nüz olmayacaq!