-1 C
Baku
Sunday, December 15, 2024

Dollarla bağlı vacib qərar bu gün qəbul olunacaq

Hazırda bütün iqtisadi göstəricilər yaxın zamanlarda manatın məzənnəsinin ucuzlaşacağından xəbər verir. Manatın məzənnəsi Mərkəzi Bank tərəfindən müəyyən olunsa da, ekspertlər bir çox amillərin milli valyutanın ucuzlaşmasına səbəb olacağını bildirirlər. Təbii ki, burada ən başlıca səbəb neftin dünya bazarındakı qiymətinin kəskin həddə ucuzlaşmasıdır. Artıq ötən gün neftin bir barelinin qiyməti 36 dollara düşərək, 40 dollarlıq psixoloji həddi keçib.

Bundan başqa, yaxın günlərdə dünya valyuta bazarına, manatın məzənnəsinə də təsir edəcək amillərdən biri də dekabrın 16-da Amerikada Federal Ehtiyat Sisteminin (Mərkəzi Bank) iclasının keçirilməsi olacaq. ABŞ Mərkəzi Bankının sədri Janet Yellenin 2006-cı ildən bəri ilk dəfə olaraq uçot dərəcəsini artırması gözlənilir. Faiz dərəcələrinin 0,25-dən 0,5-ə qədər artırılması Federal Ehtiyat Sisteminin valyuta bazarına ən ciddi maddi müdaxiləsi kimi qiymətləndirilir. Bu dəyişikliyin dolların valyuta bazarında daha da möhkəmlənməsinə səbəb olacağı gözlənilir. Bu faktın özü təklikdə manatın məzənnəsinin ucuzlaşmasına səbəb olacaq. Hətta bu baş verməsə belə, Mərkəzi Bankın rezervləri daha sürətlə xərclənəcək.

Son xəbərlər
Digər xəbərlər