12 C
Baku
Monday, November 25, 2024

Ötən il Türkiyədən Azərbaycana $2.4 milyard dəyərində məhsul ixrac edilib

Türkiyənin Türk Dövlətləri Təçkilatına üzv olan digər ölkələrə ixracı ötən il 2022-ci ilə nisbətən 14.2 faiz artaraq 6.8 milyard dollara çatıb.

Bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.

Məlumata əsasən, sözügedən dövrdə ən çox məhsul ixrac edilən ölkə Azərbaycan olub – 2.4 milyard dollar. Türk şirkətləri Qzaxıstana 1.7 milyard, Özbəkistana 1.6 milyard, Qırğızıstana 1 milyard dollarlıq ixrac həyata keçiriblər.

Bundan əlavə, Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrə ən çox ixracı kimyəvi maddələr və məhsullar sektoru edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər