Bu ilin yanvar ayında Azərbaycan, Türkiyə və Belarusdan Rusiyaya 78.9 milyon yumurta idxal edilib.
Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.
Məlumata görə, bunun 4.2 milyonu Azərbaycanın payına düşüb.
Tədarük başlayandan (2023-cü ilin dekabr ayı) Azərbaycandan 5.5 milyon, Türkiyədən 5.6 milyon, Belarusdan 69 milyon ədəd yumurta idxal edilib ki, bu da 1 il əvvələ nisbətən 1.7 dəfə çoxdur.