9 C
Baku
Sunday, November 17, 2024

AYİB Azərbaycanın gəmiçilik şirkətinə 42 mln. dollar məbləğində kredit verir

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) dövlətə məxsus Azərbaycan Xəzər Dəniz Gəmiçilik şirkətinə (ASCO) 42 milyon ABŞ dolları (38,71 milyon avro) məbləğində kredit ayırmaqla Asiya və Avropa arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsinə töhfə verir.

AYİB-dan verilən məlumata görə, ASCO bu vəsaiti beynəlxalq sularda quru yüklərin daşınması və ticarət donanmasının fəaliyyətini genişləndirmək üçün iki ədəd “Handysize” tipli quru yük gəmisinin alışına sərf edəcək. Məqsəd regional dəniz əlaqələrinin və ticarətinin gücləndirilməsinə dəstək verməkdir. Yeni gəmilər Mərkəzi Asiya və Cənubi Qafqazı qlobal bazarlarla birləşdirən genişləndirilmiş Orta Dəhliz boyunca Azərbaycanın həlledici halqa kimi ölkə mövqeyini möhkəmləndirməyə dəstək olacaq.

AYİB həmçinin gəmiçilik sektorunda dekarbonizasiya problemlərini daha yaxşı həll etmək və ASCO-nun dayanıqlılıqla əlaqəli ilk maliyyələşmə alətlərinə yol açmaq üçün şirkətin iqlim yönümlü korporativ idarəçiliyini və iqlimlə əlaqəli açıqlama siyasətlərini təkmilləşdirməkdə ona dəstək verəcək.

ASCO regionun ən böyük gəmiçilik şirkətlərindən biri olaraq bu mühüm ticarət marşrutu boyunca dəniz əlaqələrinin gücləndirilməsində mühüm rol oynayır.

AYİB Qafqaz və Mərkəzi Asiyada mühüm institusional investordur. Bank Azərbaycanda ölkə iqtisadiyyatının şaxələndirilməsini dəstəkləmək üçün 189 layihəyə 3,6 milyard avrodan çox sərmayə yatırıb.

Son xəbərlər
Digər xəbərlər