“Çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin Siyahısı”nda dəyişiklik edilib.
Bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərarla həmin siyahıya ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəbləri də daxil edilib.
Dəyişikliklə, valideynlərini itirməsinə və ya valideyn himayəsindən məhrum olmasına görə sosial xidmət müəssisələrində yaşamış və bu müəssisələri tərk etdikdən sonra yaşayış yeri olmayan şəxsin çətin həyat şəraitində olmasını təsdiq edən sənədlər siyahısına ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərini tərk etməsi ilə bağlı həmin müəssisələrin arayışı da daxil edilib.