Azərbaycan Beynəlxalq Bankının Sankt-Peterburqdakı şöbəsində hüquq-mühafizə orqanları xüsusi təyinatlı polisin dəstəy ilə axtarışlar aparır.
Banker.az Virtualaz.org saytına istinadən xəbər verirki, bu barədə “Life News” telekanalı xəbər yayıb.
Xəbərdə bildirilir ki, istintaq tədbiri pul vəsaitlərinin qanunsuz olaraq xaricə çıxarılmasına dair cinayət iş çərçivəsində aparılır.
Bildirilir ki, hüquq-mühafizə orqanları bu gün səhər saatlarında Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı “MBA-Moskva”nın Sankt-Peterburq ofisinə basqın ediblər. Fontanka.ru axtarış əməliyyatının hələ də davam etdiyini xəbr verir. Xəbər yenilənəcək.