8 fevral 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 4 müxtəlif tarixi əhatə edən notları üzrə hərrac keçirilib.
Banker.az bu barədə BFB-yə istinad edir.
Ümumilikdə AMNB yerli təşkilatlardan 90 mln. vəsait cəlb edib.
28 gün qısamüddətli notlar
İnvestor və sifariş sayı: 5
Notların kəsmə qiyməti: 99,504.6878 (6.40%) manat
Orta ölçülmüş qiyməti: 99,505.8115 (6.39%) manat
Məbləğ: 30 mln. manat
84 günlük Qısamüddətli Notlar
Hərrac zamanı investorlar tərəfindən təklif olunan sifarişlər buraxılış şərtlərində Emitent tərəfindən iştirakçı sayı ilə bağlı müəyyən edilmiş tələbə uyğun olmadığından hərrac baş tutmayıb.
168 gün tədavül müddətli notlar
İnvestor və sifariş sayı: 7
Notların kəsmə qiyməti: 96,968.1298(6.70%) manat
Orta ölçülmüş qiyməti: 97,001.6755 (6.62%) manat
Məbləğ: 30 mln. manat
252 gün tədavül müddətli notları
İnvestor və sifariş sayı: 8
Notların kəsmə qiyməti: 95,520.107 (6.70%) manat
Orta ölçülmüş qiyməti: 95,544.2638 (6.66%) manat
Məbləğ: 30 mln. manat