Qarabağ Universitetində ilkin mərhələdə 70 nəfərin işlə təmin olunması gözlənilir, onların böyük hissəsi akademik şəxslər olacaq.
Bunu jurnalistlərə açıqlamasında elm və təhsil nazirinin müavini İdris İsayev söyləyib.
O bildirib ki, dünyanın nüfuzlu ali təhsil müəssisələrində doktorantura təhsili alan tələbələrin də universitetdə akademik fəaliyyətə cəlb olunması nəzərdə tutulur.