Daşınmaz əmlak üzrə ən çox ipoteka müqaviləsi paytaxt Bakıda bağlanıb.
Banker.az xəbər verir ki, 2023-cü il ərzində 42.484 ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 52%-ni təşkil edir.
Bakıdan sonra ipotekanın ən çox dövlət qeydiyyatı Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 4 saylı Abşeron (10894 müqavilə), 2 saylı Sumqayıt (4613 müqavilə), 5 saylı Xaçmaz (3878 müqavilə) və 3 saylı Gəncə ərazi idarələrində (3871 müqavilə) aparılıb.
İpoteka müqavilələrinin sayına görə ərazi idarələri
Sıra № | Ərazi idarələri | İpoteka müqaviləsinin ümumi sayı | Ölkə üzrə göstəricidə payı
(faizlə) |
1. | 1 saylı Bakı Ərazi İdarəsi | 42484 | 52.0% |
2. | 4 saylı Abşeron Ərazi İdarəsi | 10894 | 13.3% |
3. | 2 saylı Sumqayıt Ərazi İdarəsi | 4613 | 5.6% |
4. | 5 saylı Xaçmaz Ərazi İdarəsi | 3878 | 4.7% |
5. | 3 saylı Gəncə Ərazi İdarəsi | 3871 | 4.7% |
6. | 9 saylı Qəbələ Ərazi İdarəsi | 1823 | 2.2% |
7. | 17 saylı Yevlax Ərazi İdarəsi | 1692 | 2.1% |
8. | 7 saylı Bərdə Ərazi İdarəsi | 1680 | 2.1% |
9. | 13 saylı Şirvan Ərazi İdarəsi | 1506 | 1.8% |
10. | 14 saylı Şamaxı Ərazi İdarəsi | 1493 | 1.8% |
11. | 11 saylı Şəmkir Ərazi İdarəsi | 1192 | 1.5% |
12. | 10 saylı Lənkəran Ərazi İdarəsi | 1191 | 1.5% |
13. | 6 saylı Beyləqan Ərazi İdarəsi | 1162 | 1.4% |
14. | 12 saylı Şəki Ərazi İdarəsi | 1082 | 1.3% |
15. | 15 saylı Tovuz Ərazi İdarəsi | 1020 | 1.2% |
16. | 8 saylı Cəlilabad Ərazi İdarəsi | 845 | 1.0% |
17. | 16 saylı Ucar Ərazi İdarəsi | 678 | 0.8% |
18. | 18 saylı Zaqatala Ərazi İdarəsi | 658 | 0.8% |
Ölkə üzrə | 81762 | 100.0% |