13 C
Baku
Friday, November 22, 2024

Azərbaycanda iqtisadi artım tempi yanvarda 5 faizə yüksəlib

2024-cü ilin yanvar ayında ölkədə 9 milyard 131.0 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5.0 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən məlumat daxil olub.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2.6 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 12.3 faiz artıb.

Beləliklə, Azərbaycanda ÜDM ABŞ dolları ilə ifadədə bu da 5.37 mlrd. dolları təşkil etmiş olur ki, bu da ilk devalvasiyadan bu tərəfə ən yüksək göstəricidir. 2015-ci ilin yanvarında 1 dolların 0.7844 manat olduğunu nəzərə alsaq 4.63 mlrd. dollarlıq ÜDM deməkdir. Həmin dövrdə Azərbaycanın ÜDM-i 3.63 mlrd. manat olmuşdu.

ÜDM istehsalının 41.9 faizi sənaye, 10.5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7.0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5.8 faizi tikinti, 2.9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1.8 faizi informasiya və rabitə, 1.7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 17.8 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10.6 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 896.7 manata bərabər olmuşdur.

Son xəbərlər
Digər xəbərlər