1. Son aparılan araşdırmalara əsasən şokolad beyinin uzun müddətli fəaliyyətini təmin etmək və yaddaşı gücləndirmək iqtidarındadır.
2. Şokolad dəri üçün çox faydalıdır. Araşdırma aparan alman alimləri belə bir nəticəyə gəlmişlər ki, üç ay ərzində qidada kakaodan istifadə edən qadınlar dərilərində heç bir problemlə üzləşməmişlər. Onların dərisi hər zaman yumşaq və nəmli olmuşdur.
3. Şokolad ürək xəstəliklərindən qorunmaq üçün də çox faydalıdır. Tədqiqatçılar müəyyən etmişlər ki, tünd çokolad qan təzyiqini normallaşdırır, xolesterinin həddini azaldır və trombların yaranmasının qarşısını alır.
4. Nəhayət, şokolad əhvalı qaldırmaq və insanların özlərini yaxşı hiss etmələri üçün ideal vasitədir. Qida rasionuna şokolad daxil edən idmançılar müsabiqələr arası öz güclərini bərpa etmək imkanı əldə edirlər.
Yuxarıda deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, şokolad təkcə hamının sevdiyi şirniyyat deyil, həm də insanın sağlamlığına çoxlu sayda müsbət faydalar gətirən müsbət xassələrə sahibdir. Gördüyünüz kimi, şokolad kimi ikinci bir şirin dərman düşünmək olmazdı! Buna görə də gündəli rasionunuzdan şokoladı çıxarmaq məsləhət görülmür. O sadəcə xeyir gətirir.
Sağlam olun!