Prezident İlham Əliyev “Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsi”ndə dəyişiklik edib.
Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, Holdinqin Müşahidə Şurasına Prezidentin müəyyən etdiyi hallarda, dövlət müəssisələrinin icra orqanının üzvlərini, o cümlədən rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad etmək vəzifəsi verilib.