“The World Intellectual Property Organization” (WIPO) təşkilatının məlumatına görə, 2023-cü il üçün innovasiyalar üzrə ölkələrin reytinqində Azərbaycan dünyada 132 ölkə arasında 89-cu yeri tutub, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Reytinq ekspertləri mövcud iqtisadi vəziyyət fonunda innovasiya sahəsində qlobal tendensiyaları təhlil edərək, innovasiya xərcləri və nəticələri kimi meyarlara görə qruplaşdırılmış 80-ə yaxın göstəricini nəzərə alaraq dünya iqtisadiyyatlarını innovasiya potensialına uyğun olaraq sıralayıblar.
Ən innovativ ölkələr İsveçrə, İsveç, ABŞ, Böyük Britaniya və Sinqapurdur. Reytinqdə sonuncu yeri Anqola tutub.
- İsveçrə
- İsveç
- ABŞ
- Böyük Britaniya
- Sinqapur
- Finlandiya
- Hollandiya
- Almaniya
- Danimarka
- Koreya
MDB ölkələri arasında ilk beşliyə Rusiya, Ukrayna, Moldova, Ermənistan və Belarus daxildir. Qazaxıstan Respublikasından aşağı pillələrdə Özbəkistan, Azərbaycan, Qırğızıstan və Tacikistan dayanır.