Pandemiyadan zərər çəkmiş biznes subyektlərinə mövcud kreditlər üzrə faiz subsidiya-larının ödənilməsi məqsədilə borcu olan sahibkarların müraciəti əsasında subsidiyaların verilməsi ötən il ərzində davam etdirilib.
Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabında bildirir.
31 dekabr 2023-cü il tarixinə kredit-in qalıq məbləği 893.4 mln. manat olan 5 071 müraciət üzrə 71.5 mln. manat faiz subsidiyası ödənilib.
Dəstək proqramı çərçivəsində 31 dekabr 2023-cü il tarixinədək pandemiyadan zərər çəkmiş sahibkarlara ayrılmış dövlət zəmanətli kreditlər üzrə subsidiyanın ödənilməsi istiqamətində 52 mln. manat vəsait verilib.