2023-cü ildə Azərbaycandan İtaliyaya Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə nəql olunan qazın həcmi təxminən 10 milyard kubmetr təşkil edib ki, bu da 2022-ci ilin göstəricisindən 3.2% azdır. Bu barədə İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyindən məlumat verilib.
2023-cü ilin dekabr ayında TAP vasitəsilə İtaliyaya 804 milyon kubmetr Azərbaycan qazı (artım 0.2%) nəql edilib.
TAP qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən təbii qazın Avropaya nəqlini nəzərdə tutur.
Avropa İttifaqının Statistika İdarəsinin (Avrostat) məlumatına görə, 2023-cü ildə İtaliya Azərbaycandan təxminən 5 milyard avro dəyərində qaz idxal edib.