-3 C
Baku
Sunday, December 15, 2024

2 ləğv edilmiş banka məxsus qeyri-yaşayış sahələri satışa çıxarılır – Qiyməti

13 mart 2024-cü il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan  QSC “Bank Standard” KB-nin balansındakı daşınmaz əmlak 2-ci dəfə təkrar açıq hərraca çıxarılacaqdır. 

Daşınmaz əmlak Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 261, b 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsidir.

Daşınmaz əmlakın ilkin satış qiyməti 450 000 manatdır. 

Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.

Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri.

Ünvan: Bakı şəh, Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şössesi 27-dir. (“AVİS” aptekin arxası).

06 mart 2024-cü il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan  “Texnikabank” ASC-nin balansındakı daşınmaz əmlak açıq təkrar hərraca çıxarılacaqdır. 

Daşınmaz əmlak Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A, (blok B), 16-cı mərtəbə, qapı 1 ünvanında yerləşən, ümumi sahəsi 270.9 kv.m olan qeyri-yaşayış sahəsidir.

Daşınmaz əmlakın ilkin satış qiyməti 542 000 manatdır.

Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.

Son xəbərlər
Digər xəbərlər