Əsas vəzifələri:
- Filialın əsasnaməsinə uyğun fəaliyyət göstərməsini təmin etmək
- Müştərilərə yüksək səviyyəli bank xidmətlərinin göstərilməsini təşkil etmək
- Filialın illik büdcəsinin və əməliyyat planlarının işlənib hazırlanmasında iştirak etmək və təsdiq olunmuş hədəflərin yerinə yetirilməsini təmin etmək
- Filialın kredit portfelinin keyfiyyətini və məhsuldarlığını daimi təhlil etmək və yüksək keyfiyyətdə saxlanmasını təmin etmək
- Filialın Kredit və Əmanət portfelinin dinamikasına və inkişafına nəzarət etmək
- Gözlənilə bilən risklərin və problemlərin qarşısının alınması üçün lazımi tədbirləri həyata keçirmək
- Daxili kredit komitələrinə rəhbərliyi həyata keçirmək
- Tabeçiliyində olan əməkdaşların işini planlaşdırmaq, koordinasiya və nəzarət etmək
- Əməkdaşların qiymətləndirilmə və inkişaf prosesində yaxından iştirak etmək
- Xidmət göstərdiyi ərazilərdə mütəmadi olaraq maliyyə bazarını araşdırmaq, satış prosesinin təkmilləşdirilməsi üçün müvafiq təkliflər vermək
Namizədə olan tələblər:
- Təhsil: Ali (İqtisad, idarəetmə/biznes və ya hüquqi təhsili olanlara üstünlük verilir)
- İş təcrübəsi: Bank sistemində azı 3-5 il iş stajın olması (kreditləşmə sahəsində ən azı
2 il, idarəetmə sahəsində ən azı 3 il)
- Dil bilikləri: Azərbaycan dilini mükəmməl bilmək (rus və ingilis dilini bilənlərə üstünlük verilir).
- Qüvvədə olan bank qanunvericiliyi və normativ hüquqi aktlarını bilməsi
- Liderlik keyfiyyətlərinə malik olması
- Yüksək təhliletmə bacarıqlarına malik olması
- Yüksək ünsiyyət, təqdimetmə və təşkilatçılıq bacarıqlarına malik olması
- MS Office proqramlarında peşakar işləyə bilmək bacarığına malik olması;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olması
- Əvvəlki iş yerlərində müsbət reputasiyaya malik olması
Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini [email protected]; e-mail ünvanına göndərə bilərlər.
Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifə mütləq qeyd olunmalıdır. Uyğun görülən namizədlərdən əvvəlki iş yerlərinidən tövsiyyə məktubları (xasiyyətnamə) tələb oluna bilər.
Əlaqə vasitələri:
E – mail : career@rabitabank.com
Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33