Azərbaycanın 2023-cü ildə Türkiyəyə ixrac etdiyi elektrik enerjisinin həcmi və qiyməti bahalaşıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Banker.az xəbər verir ki, ötən il ərzində Türkiyəyə 2 mlrd. 102.56 mln kVt/saat elektrik enerjisi ixrac edilib.
Bunun da statistik dəyəri 276.22 mln. ABŞ dolları təşkil edir.
Bununla da ixracın həcmi dəyər baxımından 118 faiz, miqdar baxımından isə 248 faiz artıb.
İxrac edilmiş elektrik enerjisinin hər mVt/saatı (1 mVt/s = 1000 kVt/s) Türkiyəyə 2022-ci ildə $82.2 satıldığı halda, 2023-cü ildə bu qiymət $131.4 təşkil edib. Beləliklə, bu, hər mVt/saatın illik müqayisədə $49.19 və ya 60% bahalaşması deməkdir.
Xatırladaq ki, Azərbaycan ümumilikdə qonşu ölkələrə 4.32 mlrd. kVt/saat və ya $402.48 mln.-luq elektrik enerjisi ixrac edib.