2 C
Baku
Saturday, December 14, 2024

Ötən il Azərbaycanda dövlət satınalmalarında büdcə vəsaitlərinə 742 mln. manat qənaət edilib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən dövlət satınalmaları sahəsində görülən maarifləndirmə və nəzarət tədbirlərinin nəticəsi olaraq 2023-cü ildə 742.4 mln. manat dövlət vəsaitinə qənaət edilib.

Bu barədə Dövlət Xidməti məlumat yayıb.

Qeyd edilib ki, bu göstəricinin həcmi əvvəlki illə müqayisədə 17% artıb. Belə ki, 2022-ci ildə bu göstəricinin həcmi 634.4 mln. manat idi.

Bildirilib ki, 2022-ci il illə müqayisədə ötən il qənaət edilmiş məbləğdə açıq tender üzrə 13%, təkliflər sorğusu üzrə 41% artıma nail olunub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər