21 fevral 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2217024705 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Banker.az bu barədə BFB-yə istinadən xəbər verir.
Hərrac zamanı 8 investor tərəfindən qiymət intervalı 96684.00 (7.35%) manat və 96968.1298 (6.70%) olan 8 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 42,700,000 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 96928.654 (6.79%) manat və orta ölçülmüş qiyməti isə 96937.7004 (6.77%) manat olaraq müəyyən edilmişdir. Qeyd edək ki, sonuncu hərracda AMB bu notlarda orta gəlirliliyi 14 fevralda 6.71% ilə tamamlamışdı.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 mln. manat təşkil edib.
Notların ödəmə tarixi 07.08.2024-cü ildir.