18 C
Baku
Friday, November 22, 2024

Ötən il “A-Group” Sığorta Şirkətinin əsas əməliyyat gəlirləri azalıb

“A-Qroup Sığorta Şirkəti” ASC (A-Group)2023-cü il üzrə maliyyə nəticələrini açıqlayıb və şirkətin əsas əməliyyat gəlirlərinin azaldığı məlum olub.

Banker.az xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatında qeyd edilir.

Belə ki, 2023-cü ildə şirkətin əsas əməliyyat gəlirləri illik müqayisədə 3.58 mln. manat və ya 14 faiz azalıb. Buna səbəb sığorta şirkətinin birbaşa sığorta haqları üzrə yığımlarının 2022-ci ildə 24.63 mln. manat olduğu halda, 2023-cü ildə 21.12 mln. manata düşməsidir. Lakin şirkət 2022-ci ildə 4.03 mln. manat xalis sığorta ehtiyatlarında dəyişmə etdiyi halda, 2023-cü ildə bu növ xərcləri olmayıb və 25.28 mln. manat cəmi gəlir əldə edib.

Sığorta Şirkətinin 24.41 mln. manat cəmi xərcləri olub. Beləliklə, 2023-cü ildə 699 min manat xalis mənfəət əldə edib. 2022-ci ildə onun 57 min manat üzərində cəmi xalis mənfəəti olmuşdu.

1 yanvar 2024-cü il tarixinə “A-Qroup” 699min manat bölüşdürülməmiş mənfəəti olub.

Xatırladaq ki, “A-Qroup Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 8 005 750 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 033 manat olan 7 750 səhm əsasında formalaşıb. Səhmlər 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.

Son xəbərlər
Digər xəbərlər