“Azermirror” MMC-yə Sumqayıt Kimya SənayeParkı-nın rezidenti statusu verilib və bununla da rezidentlərin sayı 40-a çatıb.
Banker.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Şirkət tərəfindən Sənaye Parkının ərazisində alüminium təbəqəli vərəqə güzgü istehsalı həyata keçiriləcək.
İnvestisiya dəyəri 11 milyon ₼-a yaxın olan müəssisədə 44 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur.