2 C
Baku
Saturday, December 14, 2024

Maliyyə problemlərinizin yaranmasında hansı emosiyalarınız günahkardır?

Əgər maliyyə cəhətdən probleminiz, çoxlu sayda lazımsız xərciniz və daimi borclarınız varsa demək ciddi şəkildə düşünmək zamanıdır. Bəlkə problem gizli emosiya və psixoloji vəziyyətinizdən qaynaqlanır?

Hazırda internetdən şəxsi maliyyənizi idarə etməklə bağlı çoxlu sayda material əldə edə bilərsiniz. Bu materiallardan istifadə edərək pullarınızı hansı sahəyə yatırmalı olduğunuzu, həftəlik xərcləri necə təşkil etməli olduğunuzu və s. tip faydalı məlumatlar əldə edə bilərsiniz. Lakin bu heç də o demək deyil ki, hər şey bir andaca düzələcək və siz qənaət etməyi bacaran bir şəxsə çevriləcəksiniz. İnsanlar bəzən emosiyalarının onlara göstərə biləcəyini təsiri lazımınca qiymətləndirmirlər. Emosiyalar tək şəxsi həyatınıza deyil, həmçinin maliyyə vəziyyətinizə də tədir edir. Bu faktı anlamaq onlardan xilas olmaq üçün ilk addımdır.

Şəxsi büdcənizə təsir edən əsas psixoloji amillər aşağıdakılardır:

Ətraf mühitə münasibət, davranış tərzi və əlbəttə pula qarşı münasibət uşaqlıqdan formalaşır. Belə ki, ailənizdə pula qarşı münasibət sizin maliyyə məsələlərinizə münasibət tərzinizə güclü şəkildə təsir edir. Əgər ailə də pula qarşı münasibət heç də yaxşı olmayıbsa, həmin şəxs hər dəfə öz xərclərini planlaşdırdıqda stress yaşaya bilər. Bu zaman üstəlik onun xərclərinin çox və yaxud az olması əhəmiyyət daşımır. Onun uşaqlıqdan pullarla bağlı yaşadığı həyəcan və qorxu hissi böyüdükdə də onu müşayiət edir.

Pullar da qida kimi çox zaman müəyyən tələbatı ödəmək üçün istifadə edilir. Bundan əlavə, pul bəzi “ürək yaralarının” dərmanıdır. İnsanların əksəriyyəti lazımsız əşyalar alaraq özlərini rahat hiss edirlər. Bu öz şəxsi statusunuzu bərpa etməyə kömək edən çox bahalı əşya da ola bilər. Bunun öhdəsindən gəlmək üçün növbəti dəfə lazımsız alış-veriş etmək istədikdə emosiyalarınızı nəzarət altına almağa çalışın.

Artıq cəmiyyətdə belə bir vəziyyət yaranıb ki, pullar ciddi şəkildə özünütəsdiqetmə vasitəsi hesab olunur. Uşaq vaxtından puldan korluq çəkən uşaq böyüdükdə pullarla düzgün şəkildə davranış qabiliyyətinə sahib olmur. Onun uşaq yaşlarından qazandığı bu kimi pis vərdişlər faydalı maliyyə vərdişlərinə yiyələnməyə mane olur.

Yadda saxlayın ki, emosiyalar bizim həyatımızı idarə edir və əgər onlar müsbət yüklü deyillərsə şəxsi həyatımızdan tutmuş maliyyə vəziyyətimizi də məhz etməyə qadirdir. Bu səbəbdən də özünüzü şəxsi maliyyə məsələlərinin idarə edilməsi ilə bağlı əlavə materiallar ilə yükləmdən öncə öz emosiyalarınızı idarə etməyi bacarın.

Son xəbərlər
Digər xəbərlər