11 C
Baku
Tuesday, November 26, 2024

7 rayonda bu şəxslərə mənzillər veriləcək

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 30 dekabr  2023-cü il tarixdə elanı verilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Oğuz, Balakən, Neftçala, Beyləqan, Şirvan, Ağsu və Salyan rayonlarında  2 və 3 otaqlı mənzillərin satın alınması ilə əlaqədar tender elanı verilib.

Banker.az xəbər verir ki, keçirilən açıq tenderdə qiymət təkliflərinin son verilmə tarixi və vaxtı 2024-cü il 26 fevral saat 18:00-dan 2024-cü il 04 mart saat 18:00-dək uzadılıb.

Elanda bildirilir ki, tender təkliflərinin açılış tarixi və vaxtı 2024-cü il 05 mart saat 15:00 kimi nəzərə alınsın.

Son xəbərlər
Digər xəbərlər