13 C
Baku
Saturday, November 23, 2024

“Simurq Kompani” şirkətinin rəhbərliyi dəyişdirilir, yeni sədr seçiləcək

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-1-ci maddəsinin 2-ci bəndinə əsasən 2024-cü il aprelin 12-si saat 12.00- da Gəncə şəhəri, Heydər Əliyev prospekti 170 nömrəli ünvanda “Simurq Kompani” ATSC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

Banker.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. “Simurq Kompani” ATSC-nin 2023-cü ildəki idarəetmə fəaliyyəti haqqında hesabatı.
2. “Simurq Kompani” ATSC-nin təftiş komissiyasının 2023-cü ilin yekunlarına dair hesabatı.
3. “Simurq Kompani” ATSC-nin nizamnaməsinin yeni redaksiyada təsdiqi.
4. “Simurq Kompani” ATSC-nin müşahidə şurası üzvlərinin və sədrinin seçilməsi.
5. “Simurq Kompani” ATSC-nin idarəetmə orqanının yenidən formalaşdırılması və direktorun seçilməsi.
6. “Simurq Kompani” ATSC-nin təftiş komissiyası üzvlərinin və sədrinin seçilməsi.

Səhmdarlar ümumi yığıncağın gündəliyi ilə yığıncağın keçirilməsinə 3 gün qalmışa qədər cəmiyyətin ofisində tanış ola bilərlər.

Son xəbərlər
Digər xəbərlər