Nəqliyyat sahəsində gediş haqlarının təmassız bank kartları vasitəsilə ödənilməsi məqsədilə yaradılmış imkanlardan 2023- cü ildə aktiv istifadə olunub.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, Bakı və Sumqayıt şəhərləri arasında sürətli sərnişin daşımalarını təmin edən Abşeron dairəvi dəmir yolunda sərnişinlər tərəfindən 1.2 mln. gediş üzrə 1.1 mln. manat həcmində gediş haqları təmassız bank kartları və ya mobil həllər vasitəsilə ödənilib.
Hesabat dövrü ərzində Bakı şəhəri üzrə ictimai nəqliyyatda gediş haqlarının ödənilməsində istifadə olunan kartların balansının artırılması üzrə həyata keçirilən nağdsız əməliyyatların sayı 2.5 mln., həcmi isə 8.7 mln. manat olub.