Azərbaycanın avtomobil parkında 2023-cü ildə ən sürətlə artan markalar məlum olub.
Banker.az-ın apardığı hesablamalara görə, Son bir ildə avtomobil parkında say baxımından ən sürətlə yüksələn Cənubi Koreya avtomobil markası olan “Hyundai”dır.
Ötən ilin əvvəli 105 833 “Hyundai” minik avtomobil markası 2024-cü ilin əvvəlinə 126 056 olub ki, bu da illik 20 223 və ya 19% artım deməkdir.
İkinci sıranı da C.Koreya markası tutur. KIA son bir ildə sayları 67 135 ədəddən 84 258 ədədə qalxmaqla illik 17 123 ədəd və ya 26% artım nümayiş etdirir.
Üçüncü sırada da Asiya avtomobil markasıdır. Belə ki, “Toyota” son bir ildə 9 664 ədəd və ya 10% artımla 104 605 ədəd təşkil edib.