6 may 2024-cü il saat 11.00-da “Bakı Teleqrafı” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1.2023-cü ilin yekunları üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin hesabatı.
2.Səhmdar cəmiyyətinin nizamnaməsində bəzi dəyişikliklərin edilməsi.
3. İdarə heyəti üzvlərinin və sədrinin seçilməsi.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
İclasın keciriləcəyi ünvan– Bakı şəhəri, Səbail rayonu, h.Hacıbəyov küçəsi 36 (“Azərpoçt” MMC-nin inzibati binasının 6-cı mərtəbəsi)