15 C
Baku
Sunday, November 24, 2024

ABŞ Rusiya və İrana xəbərdarlıq edib

ABŞ administrasiyası və müttəfiqləri Rusiya ilə İran arasında hərbi-texniki əməkdaşlığın əhəmiyyətli dərəcədə artacağı təqdirdə tez və sərt tədbirlər görmək niyyətindədir.

Bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.

Ondan Rusiyanın Yerin məsafədən zondlanması texnologiyalarının sınaqdan keçirilməsi üçün nəzərdə tutulmuş İranın kiçik peyki “Pars-1”in orbitə çıxarılmasına münasibət bildirməsi xahiş olunub.

“Biz peykin buraxılması ilə bağlı xəbərləri gördük və bu, İran və Rusiya arasında hərbi əməkdaşlığın dərinləşməsinin növbəti sübutudur. Dəfələrlə açıq şəkildə xəbərdarlıq etdiyimiz kimi, bu tərəfdaşlıq Ukrayna, İranın qonşuları və beynəlxalq ictimaiyyət üçün zərərlidir.

Biz tərəfdaşlarımız və müttəfiqlərimizlə sıx koordinasiyada Rusiya və İran arasında hərbi əməkdaşlığa cavab vermək bacarığımızı nümayiş etdirmişik. Əgər İran irəliləyərək Rusiyaya ballistik raketlər satarsa, sizi əmin edə bilərəm ki, beynəlxalq ictimaiyyətin cavabı sürətli və sərt olacaq”, – diplomat bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər