“Bank VTB” (Azərbaycan) dollarda olan kreditlərin restrukturizasiyası üzrə müştərilər üçün yeni təkliflər paketi hazırlayıb. Bunu Trend-ə bankın Pərakəndə biznesin inkişafı departamentinin durektoru, İdarə Heyətinin üzvü Tural Vəliyev deyib.
O bildirib: “Bizim müştərilər üçün yeni təkliflər paketimiz artıq hazırdır. Biz baş ofislə razılaşdırmanı gözləyirik və çox güman ki, yanvardan müştərilərə restrukturizasiyanın yeni şərtləri təqdim ediləcək”.
T.Vəliyevin sözlərinə görə, dekabrın 21-dək bankın dollarda olan kreditlərinin çəkisi olan portfeli manata çevrilib.