Ukraynada nazirliklərin sayı azaldıla bilər.
Bu barədə ölkənin Baş naziri Denis Şmıqal deyib.
O qeyd edib ki, nazirliklərin üçdə bir hissəsi ixtisara salına bilər:
“Biz nazirliklərin, dövlət qulluqçularının sayını azaltmaq istəyirik.
Nazirlərin sayı 15-16 olmalıdır və müvafiq olaraq, nazirliklərin sayı 15-16 nəzərdə tutulur ki, bu, optimal rəqəmdir. Bu il dövlət qurumlarında 20 min vakant yer ixtisar edilib”, – Şmıqal əlavə edib.