İnformasiya və rabitə sektorunun 2023-cü ildə ÜDM-də payı 1.7%, o cümlədən qeyri-neft sektorunda payı 2.8% təşkil edib.
Bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Hesabat ilində bu sahədə göstərilən xidmətlərin həcmi 2022-ci ilə nisbətən müqayisəli qiymətlərlə 16.3% artaraq 3206.5 mln. manat olub. Bu xidmətlərin 2302.3 mln. manatı və ya 71.8%-i əhali tərəfindən istehlak edilən göstərilmiş xidmətlərin 2687.9 mln. manatı və ya 83.8%-i qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirlərin 36.1%-i və ya 1158.5 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb. Bu xidmətlərdə rabitə xidmətlərinin payı 70.3% və ya 2254.0 mln. manat təşkil edib.