11 C
Baku
Thursday, May 16, 2024

Dövlət xəzinəsi 225 mln. manat borclandı – İstiqrazların gəlirliliyi 7.86%-ə yüksəlib

05 mart 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201070064 ISIN-li, 150 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. BU barədə Banker.az-a BFB-dən bildirilir.

Hərrac zamanı 25 investor tərəfindən qiymət intervalı 94.80 (8.8953%) manat və 97.2614 (7.50%) manat olan 53 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.3701 (8%) manat, orta ölçülmüş qiyməti isə 96.6203 (7.8590%) manat müəyyən edilib. Qeyd edək ki, öncəki, 20 fevral 2024-cü il üzrə hərracda 2 illik dövlət istiqrazlarının gəlirliliyi 7.11% olub.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 385,121,200 manat, yerləşdirilmiş həcmi isə 225,000,000 manat təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 03.03.2026-cı ildir.

Hərrac iştirakçıları 6 mart 2024-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər