ABŞ-nin NATO-dakı keçmiş daimi nümayəndəsi Nikki Heyli prezidentlik yarışından geri çəkildiyini açıqlayıb.
Bunu Heyli Cənubi Karolina ştatının Çarlston şəhərində tərəfdarları qarşısında çıxışı zamanı deyib.
“Kampaniyamı dayandırmağın vaxtı gəldi”, – Heyli bildirib.
Respublikaçıların prezidentliyə namizədliyi uğrunda mübarizədə Donald Trampın son rəqibi olan Heyli Super Çərşənbə axşamı günü 15 ştatdan yalnız birində – Vermontda qalib gələ bilib.