Rusiyanın “İrAero” aviaşirkəti Çelyabinskdən Bakıya birbaşa aviareyslər həyata keçirməyə başlayır.
Bu barədə jurnalistlərə İ.V.Kurçatov adına Çelyabinsk Beynəlxalq Aeroportunda bildiriblər.
Aviaşirkət Çelyabinskdən Bakıya və əks istiqamətdə birbaşa aviareysləri “Superjet 100” laynerlərində 2024-cü il aprelin 3-dən oktyabrın 24-dək həftənin çərşənbə günləri həyata keçirəcək.
Təyyarə Çelyabinskdən 18:00-da uçaraq Heydər Əliyev Beynəlxalq Aeroportuna saat 20:00-da çatacaq. Bakıdan saat 13:00-da uçan təyyarə isə 16:50-də Çelyabinskə çatacaq.