18 C
Baku
Sunday, September 29, 2024

Beyni sağlam saxlamağın 7 üsulu

1) Daha çox faydalı qida tükədin

Düzgün qidalanma, yəni liflərlə zəngin, lakin tərkibində yağ və zülal miqdarı az olan məhsullar orqanizmə daha az zərər törədir, nəinki şirniyyat və kraxmal. Bu məhsullar sizin beyni böyük enerji axını ilə təmin edir, həmçinin onlar sizin daxili orqanları taqətdən salmır və onlara öz funksiyalarınmı daha yaxşı yerinə yetirməyə kömək edir. 

2) Dincəlin

Biz dincələndə və xəyal quranda, yaddaş lazımsız məlumatı ələyir və bizə həqiqətən lazım olanları daha da möhkəmlədir.

3) Qəhvə

Bir neçə araşdırmanın nəticəsinə görə alimlər müəyyən etmişdir ki, kofein beyni qoruya bilər. Təzə dəmlənmiş bir fincan qəhvə gün ərzində koqnitiv (qavrama) qabiliyyətinin pozulmasının qarşısını ala və Altsqeymer xəstəliyinin yaranması riskini 20-60% azalda bilər. Söhbət sözü gedən məhsulların istifadəsi ilə bağlı əks göstərişləri olmayan insanlardan gedir, verilən təlimatlar həmin məhsulun istifadəsinə dair əks göstəriş olmayan insanlara aid edilir.

4) Qidalanmanı balanslaşdırın

Hər-hansı məhsuldan sui-istifadə etmək beynin funksiyalarını sürətini azaldır və zaman ötdükcə pozuntuların sayı artır, onlar daha da inkişaf edir. Kalorinin həddindən az qəbulu da beynin sağlam fəaliyyətinə xələl yetirir. Bir çox araşdırmalar göstərib ki, pəhrizlər diqqəti, yaddaşı zəiflədə və əqli pozuntulara gətirib çıxara bilər.

5) Balıq yeyin

Bəzi tədqiqatlara əsasən balıq istehlakı təfəkkür proseslərinə olduqca müsbət təsir göstərir. Omeqa-3 bizim beynin öz funksiyalarını düzgün yerinə yetirməsi üçün son dərəcə zəruridir və o, hətta bizi bəzi xoşagəlməz hallardan, məsələn depressiyadan xilas edə bilər.

6) İntellektual məsələlər həll edin

İntellektual tapşırıqlar, məsələn krossvordlar, bilməcələr və digər İQ tapşırıqlar sizin beyninizə daima formada olmağa kömək edir. Məlumdur ki, təhsil və bilik çatışmazlığı insanın koqnitiv bacarıqlarına mənfi təsir göstərə illər. Siz nə qədər çox öyrənməyə və yeni şeylər bilməyə çalışsanız, qocalıqda əqli zəiflikdən əziyyət çəkmək ehtimalınız bir o qədər az olacaq.

7) İdman məşqləri

İdman hərəkətləri beyni formada saxlamağa kömək edir. Daima idmanla məşğul olmaq beyindəki kapillyarların sayını artırır, bu isə beyinə daha çox oksigen və qlükoza axınına imkan verir. Keçmiş idmançılarda yaşlı zamanlarda əqli sağlamlığın itirilməsi isə digər insanlar ilə müqayisədə daha az müşahidə olunur. Effektiv olması üçün idman məşqləri həftədə olmalı bir neçə dəfə və ən azı 30 dəqiqə davam etməlidir.

Son xəbərlər
Digər xəbərlər