İsrail Fələstinin HƏMAS hərəkatı ilə münaqişədə mütləq qələbə çalmaq yoluna qədəm qoyub.
İsrailin Baş naziri Benyamin Netanyahu məlumat verib.
“Biz tam qələbə çalmaq yolundayıq. Ən sonuncularına qədər gedəcəyik”, – israili diplomat HƏMAS rəhbərliyini nəzərdə tutaraq deyib.
O əlavə edib ki, Qəzza zolağında gedən döyüşlər zamanı İsrail hərbçiləri Fələstin hərəkatında dördüncü mühüm şəxsi öldürüblər, HƏMAS-ın birinci, ikinci və üçüncü adamları isə “artıq yoldadır”.
Qeyd edək ki, martın 7-də İsrailin Baş naziri döyüş zonasını genişləndirməyi planlaşdırdıqlarını açıqlayıb. O, Qəzza zolağında aparılan hərbi əməliyyatın tezliklə Rəfah şəhərinə də keçəcəyini əlavə edib.