11 C
Baku
Monday, November 25, 2024

“Bank BTB”nin 5 milyon manatlıq səhmləri bu tarixlərdə hərraca keçiriləcək

12 mart 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Bank “BTB” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilib.

Banker.az bu barədə BFB-yə istinad edir. (Bank BTB-dən səhm kapitalı ilə bağlı mühüm qərar)

Qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. 13 mart 2024-cü il tarixində Bank “BTB” ASC-nin səhmləri üzrə abunə yazılışı baş tutacaqdır. Səhmlər üzrə yerləşdirmə 14-19 mart tarixləri aralığında keçiriləcəkdir.

Yerləşdirmə üzrə anderrayter “Assist Finance İ.Ş” ASC-dir.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN AZ1001009443
Səhmlərin növü və forması Adi adlı  sənədsiz  səhm
Səhmlərin Sayı 5000 (ədəd)
Nominal Dəyəri 1000 manat
Yerləşdirmə  Forması Abunə yazılışı üsulu
Yerləşdirmə Tarixi 14.03.2024-15.03.2024 (üstünlük hüququ) 18.03.2024-19.03.2024  (kütləvi)
Anderrayter “Assist Finance İ.Ş” ASC

 

 

Son xəbərlər
Digər xəbərlər