11 C
Baku
Thursday, October 30, 2025

Azərbaycanda yeni mobil ödəniş sistemi yaradılır

Azərbaycanda AzerPay universal mobil ödəniş sistemi yaradılır.

AzerPay şirkətindən  bildirilib ki, sistem 2016-cı il yanvarın ortalarında sınaqdan keçirilməyə başlayacaq, fevralda isə istismara veriləcək.

Yeni ödəniş sistemi təmassız ödənişlərin, pulköçürmələrin həyata keçirilməsi imkanı, kredit alınması üçün müraciət, POS-terminallardan əməliyyatlar aparılması, hesabın doldurulması və digər üstünlüklərə malikdir.

Sistemdə ümumilikdə 160-dan çox ödəniş xidməti olacaq. İstifadəçilərə, həmçinin Mobile POS ödənişlərinin qəbulu üçün vergiödəyicinin eyniləşdirmə nömrəsinin qeydiyyata alınması xidməti təklif ediləcək. Bu xidmət fərdi sahibkarlar üçün nəzərdə tutulub və kommersiya fəaliyyəti ilə bağlı ödənişləri qəbul etməyə, vergi ödənişini avtomatik həyata keçirməyə imkan verəcək

xeberler.az

Son xəbərlər
Digər xəbərlər