12 C
Baku
Wednesday, December 11, 2024

Klinikaya tətbiq edilən cərimə ləğv edilib

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Azərbaycan Mərkəzi Bankının təşəbbüsü ilə tərtib edilmiş inzibati xəta protokoluna xitam verib.

Banker.az-ın əldə etdiyi məlumata görə, martin 7 də ilkin baxış iclasından sonra Xətai Rayon Məhkəməsi “Medistyle” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 403.4-cü maddəsi ilə yazılmış protokola xitam verilib.

İşə Sülhanə Hacıyevanın sədrliyi ilə baxılıb.

Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.

Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Şirkət nə zaman cərimələnir?

Sahibkar müqavilə bağlayaraq, xarici şirkətə ödəniş edib, sövdələşdiyi vaxt yox, 2 il müddət çərçivəsində malı həmin şirkətdən ya almalı, ya da ödədiyi maliyyə vəsaitini geri qaytarmalıdır. Bunlara əməl etmək mümkün olmadıqda isə sahibkarlara Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən, müqavilə məbləğinin 20-30 faizi civarında cərimə protokolu tərtib olunur.

Xatırladaq ki, “Medistyle” MMC (VÖEN: 2004174451) 2017-ci ildə təsis edilib. Şirkətin 3 948 855 manat nizamnamə kapitalı var. Onun qanuni təmsilçisi Samir Abbasov Vaqif oğludur.

Son xəbərlər
Digər xəbərlər