12 C
Baku
Saturday, November 23, 2024

Avstriya yaxın üç ildə Rusiya qazından tamamilə imtina etməyi planlaşdırır

Avstriya hökuməti Rusiya qazının alınmasını tamamilə dayandırmağı qarşısına məqsəd qoyub.

Bunu ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Aleksandr Şallenberq amerikalı həmkarı Antoni Blinkenlə keçirdiyi mətbuat konfransında deyib.

“Avstriya hökumətinin məqsədi 2027-ci ilə qədər Rusiya qazından tamamilə azad olmaqdır”, – deyə A.Şallenberq vurğulayıb.

Daha əvvəl Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen bildirmişdi ki, qurum Rusiya kənd təsərrüfatı məhsullarının idxalını məhdudlaşdırmaq perspektivini nəzərdən keçirir.

Son xəbərlər
Digər xəbərlər