6 C
Baku
Sunday, December 15, 2024

İlham Əliyev: Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi keçən il 15 faiz artıb

Bizim ticarət dövriyyəmiz də artmaqdadır, artıq 900 milyon dollara yaxındır, keçən il təxminən 15 faiz artıb.

Bu fikri Prezident İlham Əliyev martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında deyib.

“Gürcüstan hökumətinin düşünülmüş islahat siyasəti nəticəsində Gürcüstanda çox gözəl sərmayə iqlimi yaradılmışdır. Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoymuşlar. Təbii ki, bunun əsas səbəbi gözəl investisiya iqliminin mövcudluğudur”, – deyə dövlət başçısı vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər