15 C
Baku
Thursday, May 9, 2024

Azərbaycan Yaponiyaya $13.4 milyonluq alüminium satıb – 1 tonu neçəyədir?

Azərbaycan 2023-cü ildə Yaponiyaya emal olunmamış alüminium ixracını bir qədər də yüksəldib.

Banker.az-ın əldə etdiyi məlumata əsasən, 2023-cü ildə 6 598 tonluq xammal kimi alüminium ixrac edilib. İxrac edilmiş bu əlvan metalın ixrac dəyəri 13 milyon 387.44 min dollar təşkil edib.

İxracın həcmi illik müqayisədə 29 faiz artıb.

2022-ci ildə Azərbaycandan Yaponiyaya 5 102 ton və ya 12 milyon 73.48 min dollarlıq xam alüminium ixrac edilmişdi. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

Qeyd edək ki, bu metalın qiyməti 2022-ci illə müqayisədə 2023-cü ildə düşüb. Belə ki, bir tonu öncəki ildə 2 367 dollar olduğu halda növbəti ildə uculaşaraq 2 029 dollara düşüb.

Bu da illik müqayisədə bir tonunun qiymətində 337.37 və ya 14 faiz azalmadır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər