10 C
Baku
Wednesday, November 27, 2024

Azərbaycanda zavod yeni şirkət təsis edir

26 aprel 2024-cü il saat 16.00-da Şirvan şəhəri, Cənub Sənaye Qovşağı ünvanında “Dəzgahqayırma Zavodu” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. “Dəzgahqayırma Zavodu” ASC-nin yeni MMC təsis etməsi və MMC-nin nizamnamə kapitalına pay şəklində əmlakının qoyulması.

2. “Dəzgahqayırma Zavodu” ASC-nin kreditorlar qarşısında öz öhdəliklərini yerinə yetirməsi məqsədilə “Dəzgahqayırma Zavodu” ASC-nin aktivlərinin satılması və onların dəyərinin müəyyən edilməsi.

3. Cəmiyyətin təşkilati-hüquqi formasının  dəyişərək MMC-yə çevrilməsi.

4. “Dəzgahqayırma Zavodu” ASC-nin ləğv olunaraq cəmiyyətə məxsus bütün səhmlərinin dövriyyədən çıxarılması.

5. “Dəzgahqayırma Zavodu” ASC-yə müraciət etmiş səhmdarlara məxsus səhmlərin ləğv edilərək cəmiyyətdən ayrılması və çıxan səhmdarlarla səhmlərə uyğun payın natura şək-lində təhvil-təslim edilməsi, həmçinin təhvil-təslim aktının, razılaşma müqaviləsinin imzalanması səlahiyyətinin icra orqanının rəhbərinə həvalə edil-məsi.

6. “Dəzgahqayırma Zavodu” ASC-nin tərkibindən yenidən təşkilin ayrılma formasında yeni hüquqi şəxsin ayrılması.

7. “Dəzgahqayırma Zavodu” ASC-nin icra orqanının rəhbərinin tutduğu vəzifədən azad olunması və onun yerinə yeni icra orqanı rəhbərinin təyin edilməsi.

8. “Dəzgahqayırma Zavodu” ASC-nin  nizamnaməsinin yeni redaksiyada təsdiqi.

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi-nın 49-cu maddəsində nəzərdə tutulmuş səlahiyyətlərin “Dəzgahqayırma Zavodu” ASC-nin icra orqanının rəhbərinə həvalə edilməsi.

Son xəbərlər
Digər xəbərlər