Abbasov Nihad Oktay oğlu Bank “BTB” ASC-nin İdarə Heyətinin sədrinin müavini, İdarə Heyətinin üzvüdü seçilib.
O, 2008-2012-ci illərdə- Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. 2014-cü ildən etibarən Bank “BTB” ASC-də əmək fəaliyyətinə başlayıb.
2018-ci ildə Bank “BTB”-nin Problemli kreditlər departamentinin direktor müavini, 2020-ci ildə isə Problemli kreditlər departamentinin direktoru vəzifəsində çalışıb.
25 aprel 2023-cü il tarixində Bank “BTB” ASC-nin Aktivlərlə iş departamentinin direktoru vəzifəsinə təyin edilib.
26 fevral 2024-cü il tarixindən etibarən İdarə Heyətinin sədrinin müavini təyin edilib.